Məktəblərdə medalların verilməsi ləğv edilməlidir - Ukraynalı deputat

Məktəblərdə medalların verilməsi ləğv edilməlidir - Ukraynalı deputat backend

Ukrayna Ali Radasının deputatı Natalya Pipa ölkədəki məktəblərdə məzunlara dövlət tərəfindən verilmiş qızıl və gümüş medalların istehsalı və təqdimatını ləğv etməli olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o zaman “facebook” səhifəsində paylaşım edib.

Deputatın yazdığına görə, Təhsil Komitəsi Radaya müvafiq tövsiyə təqdim edib.

"Bu anaxronizm hələ də yalnız postsovet ölkələrində mövcuddur", - Pipa bildirib.

Millət vəkilinin sözlərinə görə, bu təşəbbüs büdcə vəsaitlərinə qənaət məqsədilə irəli sürülüb. Pipa onu da qeyd edib ki, Ukrayna məktəblərində medalçıların sayının artmasına baxmayaraq, şagirdlərin bilik səviyyəsi aşağı düşür.

QAZİLER.AZ

Diaspora