ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını açıqladı

ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını açıqladı backend

ABŞ Ukraynaya dəstək üçün əlavə 700 milyon dollar ayırır.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken qeyd edib ki, 325 milyon dollar Ukraynanın enerji infrastrukturunun bərpasına yönəldiləcək. Daha 290 milyon dollar Ukrayna əhalisinə humanitar yardıma, o cümlədən dərman, ərzaq, içməli su və ilkin tələbat mallarının alınmasına ayrılacaq.

Bundan əlavə, ABŞ ərazinin minalardan təmizlənməsi üçün təxminən 102 milyon dollar ayıracaq. Ayrılan vəsaitin ümumi həcmi təqribən 717 milyon dollardır.

QAZİLER.AZ

Diaspora