Vyetnamın şimalında baş verən güclü daşqınlar nəticəsində ən azı 324 nəfər ölüb və ya itkin düşüb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Bəndlərin idarə olunması və təbii fəlakətlərin qarşısının alınması şöbəsindən məlumat verilib.
Təbii fəlakət nəticəsində 179 nəfərin öldüyü, 145 nəfərin isə itkin düşdüyü dəqiqləşib.
Fövqəladə vəziyyət fonunda ölkənin Nazirlər Kabinetinin rəhbəri Fam Min Trinh nazirlikləri və yerli hakimiyyət orqanlarını zərər çəkmiş ərazilərdə normal həyatı tez bir zamanda bərpa etmək üçün bütün səyləri göstərməyə çağırıb.
QAZİLER.AZ