Yeni Moskvanın Pervomayskoye qəsəbəsində tələf olan ördək və qu quşları quş qripindən ölməyiblər.
Qaziler.az xəbər verir ki, bu açıqlamanı “Moskva” agentliyi paytaxtın baytarlıq komitəsinin mütəxəssislərinə istinadən verib.
Qurumun mətbuat xidməti qeyd edib ki, quşlar üzərində laboratoriya müayinəsi zamanı bu virus aşkar edilməyib, lakin pankreatogen endotoksikoz əlamətləri müəyyən edilib.
Sözügedən araşdırma vətəndaşların müraciəti əsasında aparılıb. Belə ki, Moskvanın Pervomayskoye qəsəbəsi ərazisində kütləvi vəhşi su quşlarının (ördək, qu quşu) cəsədləri aşkar edilib.
QAZİLER.AZ