NATO-nun yeni baş katibi, Niderlandın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, müvafiq xəbər Şimali Atlantika Alyansının saytında dərc olunub.
“1 oktyabr 2024-cü il çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatacaq. Onu Niderlandın keçmiş baş naziri cənab Mark Rutte əvəz edəcək”, - məlumatda deyilir.
Bundan əlavə, Brüsseldə baş katibin səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı rəsmi mərasimin keçiriləcəyi bildirilir.
Mərasimdə Yens Stoltenberq də iştirak edəcək.
QAZİLER.AZ