Şolts Ukrayna üzrə sülh konfransının Rusiyanın iştirakı ilə keçirilməsinə çağırıb

Şolts Ukrayna üzrə sülh konfransının Rusiyanın iştirakı ilə keçirilməsinə çağırıb backend

Ukrayna münaqişəsini həll etmək üçün yeni konfrans təşkil etmək lazımdır, Rusiya tərəfi də orada iştirak etməlidir.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 11-də Bundestaqda büdcə müzakirələri zamanı çıxış edən Almaniya kansleri Olaf Şolts bildirib.

“Bir daha deyəcəm. İndi hansı imkanların mövcud olduğunu araşdırmalı olduğumuz an, vaxtdır. Düzdür, Ukrayna prezidenti və mən bunu bir daha təkrar edəcəyəm ki, bizə daha bir sülh konfransı lazımdır. Rusiya isə danışıqlar masası arxasında olmalıdır”, - deyə siyasətçi bildirib.

Veriliş hökumət saytında yayımlanıb.

QAZİLER.AZ

 

Diaspora