ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp teledebat zamanı münaqişənin həlli üçün Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqları təşkil edəcəyinə söz verib.
Tədbirin yayımı sentyabrın 11-də ABC News tərəfindən keçirilib.
Tramp hakimiyyətə gələcəyi təqdirdə Rusiya və Ukrayna liderləri arasında danışıqlarda vasitəçi olacağını bildirib.
"Onları bir araya gətirəcəyəm", - deyə ABŞ prezidentliyinə namizəd qeyd edib.
Bundan əlavə, respublikaçı "Ukraynanın qalib gəlməsini istəyirmi" sualına cavab verərkən birbaşa cavabdan yayınıb. Tramp həm Putin, həm də Zelenski ilə yaxşı münasibətdə olduğunu bildirib.
QAZİLER.AZ