ABŞ-ın Çikaqo şəhərində haqsız yerə mühakimə olunan və həbs edilən Marsel Brauna 50 milyon dollar təzminat ödəniləcək.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, 18 yaşında cinyətdə təqsirli bilinərək həbsxanaya düşən Braun təxminən 10 il sonra, 2018-ci ildə günahsız olduğu üzə çıxdıqdan sonra azadlığa çıxıb.
34 yaşlı Braun azadlığa çıxdıqdan sonra açdığı məhkəmədə qalib gəlib. Müvafiq olaraq, Brauna 50 milyon dollar təzminat ödəniləcəyi bildirilir.
Məhkəmə materiallarına görə, vəkili Braunun cinayətdə ittiham olunduğu məhkəmə prosesində onun konstitusion hüquqlarının pozulduğunu iddia edib.
İş materiallarında Braunun nəzarətə alınarkən vəkil və ya ailəsi ilə danışmasına icazə verilmədiyi, Braunu dindirən səlahiyyətlilərin onu dindirərək yalan ifadə verməyə məcbur etdiyi də iddia edilib.
Qərar açıqlandıqdan sonra Dirksen Federal Məhkəməsi qarşısında mətbuata açıqlama verən Braun: "Ailəm və mənim üçün ədalət nəhayət yerini tapdı", - deyib.
QAZİLER.AZ