Açıqlamada vəbaya yoluxanların sayının 6 min 618-ə, epidemiyadan ölənlərin sayının isə 235-ə yüksəldiyi bildirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
QAZİLER.AZ