ABŞ-da şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

ABŞ-da şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb backend

ABŞ-ın Vermont ştatında dörd nəfərlik tək mühərrikli "Piper" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da “People” jurnalı məlumat yayıb.

Şəxsi Piper reaktiv təyyarəsi sentyabrın 8-də Konnektikut hava limanından havaya qalxaraq Vermonta doğru yola düşüb. Təyyarədə 55 yaşlı Middltaun liseyinin aerokosmik və istehsalat müəllimi  Paul Pelletiye, bu təhsil müəssisəsinin 15 yaşlı ikinci kurs tələbəsi Delayla Van Ness, onun 51 yaşlı anası Suzan və 88 yaşlı pilot Frank Rodriqes olub.

Təyyarə Beysin-Harborda nahar yeməyindən sonra geri qayıtmalı idi, lakin onun qalıqları sentyabrın 9-da Beysin-Harbor hava limanının şərqində meşəlik ərazidə aşkar edilib. Dörd sərnişinin hamısı ölü tapılıb.

Ölənlərin cəsədləri ölümün səbəbini müəyyən etmək üçün Burlinqtondakı Tibbi Ekspertiza Ofisinə aparılıb.

QAZİLER.AZ

 

Diaspora