ABŞ sentyabrın 10-da Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar elan edəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Amerikanın dövlət katibi Entoni Blinken deyib.
"Biz bu gün İrana qarşı yeni sanksiyaları elan edəcəyik", - Blinken açıqlayıb
Blinken, məhdudiyyətlərin başqa şeylərlə yanaşı, “Iran Air”ə qarşı da yönəldiləcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ və müttəfiqləri Ukraynada xüsusi əməliyyat çərçivəsində Tehranın Rusiya ilə əməkdaşlığına görə İrana qarşı ciddi tədbirlər görməyə hazırlaşdığı açıqlanıb. Bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel İranın Rusiya Federasiyasına ballistik raketlər ötürməsi iddiasını şərh edərkən deyib.
QAZİLER.AZ