Zukerberq ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəkləyəcəyini açıqlayıb

Zukerberq ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəkləyəcəyini açıqlayıb backend

Amerikalı milyarder Mark Zukerberq ABŞ prezidentliyi uğrunda mübarizədə namizədlərdən heç birinə dəstək vermək niyyətində deyil.

Qaziler.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Markın şərhi ABŞ prezidentliyinə namizəd Donald Trampın Meta korporasiyasının rəhbərinin guya onu dəstəklədiyini və “ona qarşı çıxan insanlara heç vaxt səs verməyəcəyini” söyləməsi ilə bağlı bəyanatından sonra verilib.

“Forbes” xatırladıb ki, Trampa sui-qəsd cəhdindən sonra Zukerberq əslində müsahibəsində Trampın güllələnməsinə reaksiyasında “həyatında gördüyü ən gözəl şeylərdən biri” olduğunu deyib. Hətta o vaxt da ona ictimai dəstək ifadə etməyib.

QAZİLER.AZ

Diaspora