Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında payızın sonuna qədər davam edəcək silsilə təlimlərə başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
“Steadfast Foxtrot '24” sentyabrın 9-dan 20-dək Almaniyada keçiriləcək. NATO təliminə ABŞ ordusunun generalı Kristofer Kavoli rəhbərlik edəcək.
Sentyabrın 30-dan oktyabrın 11-dək “Ramstein Flag 24” AIRCOM - Vahid Hava Komandanlığının rəhbərliyi altında Yunanıstanda start götürəcək.
Sentyabrın 8-də Slovakiyada “Toxic Valley” kimyəvi-bioloji hərbi təlimlər başlayıb. Avqustun sonundan isə Macarıstanda “Brave Warrior” təlimləri davam edir.
Oktyabrın 30-dan noyabrın 12-dək Finlandiyada "Hammer 2024", Türkiyə və Bolqarıstanda "Mavi Balina" və "Poseidon'24" dəniz təlimləri keçiriləcək.
Təlimlər İspaniya, İtaliya və Latviyada da keçirilir.
QAZİLER.AZ