“Google” Yer kürəsinin ucqar ərazilərini yüksəksürətli internet ilə təmin edəcək

“Google” Yer kürəsinin ucqar ərazilərini yüksəksürətli internet ilə təmin edəcək backend

“Google” şirkəti stratosferə gellə doldurulmuş üç yüzə yaxın hava şarı göndərərək onların köməyi ilə Yer kürəsinin uzaq və ucqar ərazilərini yüksəksürətli internet bağlantısı ilə təmin edəcək.

AZƏRTAC "BBC”nin saytına istinadla xəbər verir ki, şirkət artıq növbəti ildə hava şarlarından ibarət qlobal şəbəkə yarada biləcəyini düşünür ki, bu da dünyada məlumatların fasiləsiz ötürülməsinə və emalına imkan verəcək.

“Google” ilk növbədə İndoneziyanın ucqar yerlərini internetlə təmin etmək niyyətindədir. Buna səbəb 250 milyonluq ölkə əhalisinin yalnız 42 milyonunun internet istifadəçisi olmasıdır. Gələcəkdə ötürücü aparatın Avstraliya, Yeni Zelandiya, ABŞ və Braziliya ərazisində sınaqlarının keçirilməsi gözlənilir.
Diaspora