Şoyqu Ukrayna ilə danışıqların ilkin və ən vacib şərtini AÇIQLADI

Şoyqu Ukrayna ilə danışıqların ilkin və ən vacib şərtini AÇIQLADI backend

Ukrayna hərbçiləri nə qədər ki, Kursk vilayətinin ərazisindədir və oradan çıxarılmayana qədər Rusiya ilə Ukrayna arasında danışıqlar başlaya bilməz.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu şərt olmadan tərəflər arasında dialoq mümkün deyil, çünki Rusiya terrorçularla danışıqlar aparmır.

“Çox, çox vacib bir məqam var. Bu, Kurskdur və burada biz terrorçularla heç bir danışıqlar aparmamışıq, aparmırıq və aparmayacağıq”, - Şoyqu vurğulayıb.

QAZİLER.AZ

Diaspora