ABŞ Dövlət Departamenti İranı Rusiyaya silahların ötürülməsi ilə bağlı TƏHDİD EDİB

ABŞ Dövlət Departamenti İranı Rusiyaya silahların ötürülməsi ilə bağlı TƏHDİD EDİB backend

ABŞ və müttəfiqləri Ukraynada xüsusi əməliyyat çərçivəsində Tehranın Rusiya ilə əməkdaşlığına görə İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel İranın ballistik raketlərin Rusiya Federasiyasına təhvil verməsini şərh edərkən deyib.

O, silahların ötürülməsinin baş verdiyini təsdiqləyə bilməyib, lakin qeyd edib ki, Vaşinqton bu cür xəbərlərdən inanılmaz dərəcədə təşvişə düşüb.

“İranın Rusiyaya hər hansı ballistik raket təhvil verməsi İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyini kəskin şəkildə artıracaq. Biz və tərəfdaşlarımız NATO və G7 sammitlərində  mühüm nəticələri təmin etməyə hazırıq”, - deyən  Patel hansı nəticələrdən danışdığını açıqlamayıb.

QAZİLER.AZ

Diaspora