Finlandiya Ukraynadakı münaqişəni şok adlandırdı

Finlandiya Ukraynadakı münaqişəni şok adlandırdı backend

Finlandiya Müdafiə Qüvvələrinin komandanı Yanne Yaakkola Ukrayna münaqişəsini ölkə üçün şok adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı məlumat yayıb.

“Ukraynada xüsusi hərbi əməliyyatın başlanması İkinci Dünya Müharibəsinin bitməsindən sonra milli müdafiə sistemimizdə ən böyük dəyişikliklərə səbəb olan şok idi. Finləri oyatmaq lazım deyildi ", - Yaakkola deyib.

Onun sözlərinə görə, Finlandiya münasib zamanda NATO üzvü olub.

Yaakkola onu da bildirib ki, hazırda ölkəsinin ərazisində yerləşdirilməli olan NATO qoşunlarının tərkibi və sayı məlum deyil. O əlavə edib ki, Helsinki hələ də hərbi qüvvələr verməyə hazır dövlətlərlə danışıqlar aparır.

QAZİLER.AZ

Diaspora