İran İsraili HƏDƏLƏDİ

İran İsraili  HƏDƏLƏDİ backend

“Tehranda Fələstinin HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyəyə hücuma görə məsuliyyəti İsrail daşıyacaq”.

Qaziler.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami deyib. Onun sözlərinə görə, İran yəhudi dövlətinə qarşı ağır tədbirlər görəcək.

“İranın qaçılmaz cavab kabusu gecə-gündüz İsraili sarsıdır”, - deyə Salami bildirib.

O əlavə edib ki, İranın cavab tədbirləri İsrail üçün gözlənilməz olacaq. Salami dəqiq və hesablanmış addımların planlaşdırıldığını vurğulayıb. Eyni zamanda, SEPAH başçısı İranın Haniyəyə hücumuna görə İsrailə nə vaxt və necə cavab verəcəyini dəqiqləşdirməyib.

QAZİLER.AZ

Diaspora