ABŞ prezidenti Co Bayden 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Ukraynaya beş kassetli sursat tədarükünə icazə verən sərəncam imzalayıb.
Qaziler.az-ın “NEWS.ru”ya istinadla verdiyi məlumata görə, təşkilatın 2024-cü il hesabatında qeyd olunur ki, Amerika lideri BMT və 21 ştatın liderlərinin tənqidlərinə baxmayaraq bu qərarı verib.
21 ölkənin dünya liderləri ABŞ-ın Ukraynaya kaset sursatların tədarükü ilə bağlı qərarından narahat olduqlarını bildiriblər. Sənəddə deyilir ki, ABŞ-ın Ukraynaya kassetli sursatların tədarükü ilə bağlı qərarı bütün dünyada geniş işıqlandırılıb və BMT rəsmiləri tərəfindən tənqid edilib.
Qeyd olunub ki, Vaşinqton Kiyevə verilən bu tipli sursatların miqdarını açıqlamayıb. Həmçinin, amerikalılar partlamamış hərbi sursatların konkret növləri və miqdarı barədə də məlumat vermirlər.
QAZİLER.AZ