Uels şahzadəsi Keyt Middlton kimyaterapiyasının başa çatdığını elan edib.
Qaziler.az bildirir ki, bu barədə “New York Times” xəbər verir.
Kral üzvü qeyd edib ki, bu, onun üçün rahatlıq deməkdir. O, şəfaya aparan yolun uzun olduğunu və hələ bitmədiyini vurğulayıb.
“Nəhayət, kimyaterapiyanı bitirməyin nə qədər rahat olduğunu sizə ifadə edə bilmərəm. İndi diqqətimi residivin qarşısını almaq üçün əlimdən gələni etməyə yönəldəcəm. Kimyaterapiyanı başa vursam da, tam sağalma yolum uzundur və mən hər günümü olduğu kimi qəbul etməliyəm”, - Uels şahzadəsi bildirib.
QAZİLER.AZ