Kubada istirahətdən sonra Moskvaya qayıdan Aleksey adlı turist uçuş zamanı təyyarənin təcili çıxışını açmağa cəhd edib.
Qaziler.az bildirir ki, bu barədə “Diqqət, Xəbər” Telegram kanalı xəbər verir.
Ekipaj üzvləri kəmərlər və birdəfəlik plastik qandallardan istifadə edərək cinayətkarı bağlamalı olublar.
Onunla birlikdə təyyarədə olan sərnişinlərin kanala verdiyi məlumata görə, 12 saatlıq uçuş zamanı həmin şəxs qəfildən yüksək səslə qışqırmağa və söyüş söyməyə başlayıb. Alekseyi sakitləşdirməyə çalışsalar da alınmayıb. Rusiyalı qəflətən kreslosundan sıçrayaraq təyyarənin təcili qapısını açmağa çalışıb.
Nəşrin məlumatına görə, müdaxilə edən şəxs uçuşun qalan hissəsi üçün çıxışlar arasında bağlı vəziyyətdə qalb. Bir neçə saat ərzində o, qışqırıb, söyüş söyərək, əllərinin açılmasını tələb edib və stüardessaları zorakılıqda ittiham edib.
Təyyarə Şeremetyevoya enən zaman "ipə-sapa yatmayan" sərnişin polisə təhvil verilib.
QAZİLER.AZ