Paralimpiya Oyunlarının bağlanış mərasimində Makronu fitə basıblar - VİDEO

Paralimpiya Oyunlarının bağlanış mərasimində Makronu fitə basıblar - VİDEO backend

Bazar günü, sentyabrın 8-də Parisdə 2024-cü ildə keçiriləcək Paralimpiya Oyunlarının bağlanış mərasimində Fransa prezidenti Emmanuel Makronu fitə basıblar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə "Stad de Frans" stadionunda baş verib.

Diktor Makronu və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) rəhbəri Endryu Parsonsu tamaşaçılara təqdim etdikdən sonra onlar oturacaqlarından ayağa qalxaraq tribunalara əl ediblər. İnsanlar əvvəlcə onları alqışlamağa başlasalar da, sonra narazı çağırışlar və gur fit səsi eşidilib.

Fransa prezidenti yenidən öz yerini tutandan sonra da səngimir.

Paralimpiya oyunlarının bağlanış mərasimində Makronu həyat yoldaşı Bricit müşayiət edib.

QAZİLER.AZ

Diaspora