İsveç hökuməti Ukraynaya 4,6 milyard İsveç kronu (təxminən 400 milyon avro) dəyərində yeni hərbi yardım paketi elan edib.
Qaziler.az bildirir ki, Bu barədə RBC-Ukrayna İsveç hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu paket Ukraynanın ən yüksək prioritet hərbi ehtiyaclarını qarşılamaq və gələcək fəaliyyət üçün imkanlar yaratmaq məqsədi daşıyır. Buraya avadanlıq ianələri, birbaşa satınalmalar, avadanlıq dəstləri və maliyyə yardımı daxildir.
17-ci paketin bir hissəsi olaraq, İsveç hərbi dəstəyin yeni mərhələsinə keçir və yalnız ianələrdən daha çox satınalmaya diqqət yetirir. Paketə ümumi dəyəri təxminən 600 milyon İsveç kronu (təxminən 52 milyon avro) olan prioritet avadanlıqların alınması üçün üç böyük müqavilə daxildir.
QAZİLER.AZ