İran hakimiyyəti HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrailə lazımi anda cavab verəcək, lakin Tehranın tədbirləri apreldəki hücumlardan fərqli olacaq.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu İranın İraqdakı səfiri Məhəmməd Kazım əl-Sadiq deyib.
"Cavab parametrləri, icrası, gücü baxımından əvvəlki hərəkətlərdən fərqli olacaq. Onlar təhlükəsizlik qüvvələrinin və silahlı qüvvələrin komandirləri tərəfindən münasib vaxtda və uyğun yerdə müəyyən ediləcək", - o bildirib.
Səfir qeyd edib ki, İranın 2024-cü il aprelin 14-də İsrailə qarşı keçirdiyi ilk “Doğru vəd” əməliyyatı güc nümayişi idisə, ikinci belə əməliyyat gücdən istifadə olacaq.