“Yaqi” superqasırğası Vyetnamda 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub

“Yaqi” superqasırğası Vyetnamda 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub backend

“Yaqi” superqasırğası Vyetnamın şimalında 14 nəfərin ölümünə, 180-dən çox insanın yaralanmasına səbəb olub.

QAZÌLER.AZ APA-ya istinaden verdiyi xəbərə görə, qasırğa daha çox paytaxt Hanoya, liman şəhərləri Kamfa, Monqkay, Xayfon və Xalonqa, o cümlədən yaxınlıqdakı Txaybin, Xoabin və Xınqyen əyalətlərinə zərər vurub. 400-dən çox elektrik xətti, 27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.

Qeyd edək ki, “Yaqi” qasırğası sentyabrın 4-də Çinin cənub sərhədinə çatıb, daha sonra Vyetnam istiqamətində hərəkət edib. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatıb.

Diaspora