Türkiyədə Petlim konteyner limanı yükləri 2016-cı ilin I rübündə qəbul etməyə başlayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, Türkiyədə SOCAR-ın bütün layihələri uğurla həyata keçirilir: "TANAP-ın tikintisi sürətli templə gedir. Həmçinin "Star" NEZ-in tikintisi qrafiki qabaqlamaqla davam edir. Petlimin tikintisi də başa çatır".