Bu Avropa ölkəsində meşə yanğını binalara keçdi

Bu Avropa ölkəsində meşə yanğını binalara keçdi backend

Bosniya və Herseqovinanın Srebrenitsa şəhərinin Polyançi-Stari qrad bələdiyyəsində - “Drina” Milli Parkının ərazisində meşə yanğını baş verib.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb. Alov yaxınlıqdakı təsərrüfatlar üçün təhlükə yaradıb, bəzi binalar yanıb.

Milli Parkın direktoru Radomir Pavloviç deyib ki, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopteri, yanğınsöndürmə briqadaları və yerli sakinlər gün ərzində alova müdaxilə edib.

Direktor ladin plantasiyalarını xilas etmək üçün əlavə yardım göstərilməsi ilə bağlı müraciət edib.

Diaspora