Yunanıstan sahil xidməti Lesbos adası yaxınlığında dənizdə aşan taxta gəmidən 242 emiqrantı xilas edib.
Biri kişi, ikisi uşaq olmaqla üç nəfər suda batıb. Yanvar ayından etibarən Yunanıstan sahillərinə 500 min emiqrant üz tutub. Son zamanlar qaçqın axını daha da intensivləşib. Buna səbəb emiqrantların qış fəslinə qədər Qərbi Avropa ölkələrinə çatmaq istəməsidir.