Böyük Britaniyada terror təhlükəsi görünməmiş həddə çatıb

Böyük Britaniyada terror təhlükəsi görünməmiş həddə çatıb backend

İŞİD qruplaşmasının fəaliyyəti ilə bağlı Böyük Britaniyada terror təhlükəsi son on ildə görünməmiş həddə çatıb. Bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyat idarəsinin başçısı Endryu Parker bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, İŞİD yaraqlıları “inkişaf etmiş texnologiyalar” sayəsində Böyük Britaniyada olan tərəfdarları ilə daim əlaqə saxlayırlar. “Onlar ekstremistləri ruhlandıran nifrətlə dolu məlumatları yaymaq məqsədi ilə müasir kommunikasiyaların geniş imkanlarından istifadə edirlər. Məhz bu səbəbdən hazırda mənim bütün karyeram ərzində rastlaşmadığım geniş miqyaslı təhlükə ilə üzləşmişik”, - deyə Endryu Parker əlavə edib.

Bir qədər əvvəl Britaniya KİV-ləri xüsusi xidmət orqanlarına istinadla ölkə ərazisində istənilən an partlayışlar törətməyə hazır olan 3 min mümkün terrorçunun olduğunu yazmışdılar. Bu şübhəlilərin yarıdan çoxu Londonda yaşasa da, digər problemli regionlarda – Uest-Midlends qraflığında və Mançesterdə də ciddi təhlükə mövcuddur.

Radikalların fəaliyyətinə dair yeni analız 2007-ci illə müqayisədə terrorçularla əlaqədə şübhəli bilinənlərin sayının 50 faizə qədər artdığını göstərib. Krallığın Daxili İşlər Nazirliyi isə öz növbəsində 2014-cü ilin mart ayından bəri terrorçuluqla bağlı əlaqələrə görə həbslərin sayının 31 faiz artaraq tarixi maksimuma çatdığını bildirib.
Diaspora