Aİ Rusiyanın dondurulmuş aktivlərindən Parisə 300 milyon avro ayıracaq

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Parisə 300 milyon avro ayıracaq backend

İlin sonuna kimi Avropa İttifaqı Kiyevə silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Parisə 300 milyon avro ayıracaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Avropa Komissiyası bu il Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə vasitələrinin təcili alınması üçün Baş Silahlar İdarəsinə 300 milyon avro göndərəcək”, - kommünikedə deyilir.

Mesajda göstərildiyi kimi, ümumilikdə, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən təxminən 1,4 milyard avro Ukraynaya silah alınması üçün Aİ-yə ayrılacaq.

QAZİLER.AZ

Diaspora