ABŞ Rusiya banklarının filiallarını açan ölkələri hədələyib

ABŞ Rusiya banklarının filiallarını açan ölkələri  hədələyib backend

Rusiya banklarının xaricdə törəmə və ya filiallarının açılması digər dövlətlər üçün “qırmızı bayraq” olmalıdır. Çünki Rusiya Ukraynadakı müharibəyə görə sanksiyalardan yayınmağa cəhd edə bilər.

Qaziler.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məsələ ilə bağlı xəbərdarlıq edib.

Bununla əlaqədar, idarə xarici bankları Rusiya kredit təşkilatlarının yeni xarici filialları və ya törəmə şirkətləri ilə, o cümlədən ABŞ sanksiyalarına məruz qalmayanlarla əməliyyatlardan ehtiyatlı olmağa çağırıb.

"Hesablara xidmət, pul köçürmələri və ya ödənişlərin aparılması, ticarətin maliyyələşdirilməsi və sığorta kimi digər xidmətlərin göstərilməsi daxil olmaqla, bu cür bölmələr və ya törəmə şirkətlərlə əlaqələrə girən hər hansı xarici maliyyə qurumları əhəmiyyətli sanksiya risklərini nəzərə almalıdırlar", - xəbərdarlıqda qeyd edilib.

Eyni zamanda departament əlavə edib ki, qida, kənd təsərrüfatı, tibb, enerji və telekommunikasiya ilə bağlı əməliyyatlara hələ də icazə verilir.

QAZİLER.AZ

Diaspora