Çinli uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsinə qadağa qoyuldu

Çinli uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsinə  qadağa qoyuldu backend

Çin hökuməti uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsinə qadağa qoyub.

Bu barədə “The Guardian” ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninqin bəyanatına istinadən yazır. Qeyd olunur ki, istisna hallara qan qohumlarının öz yaxınlarını övladlığa götürmələridir.

“Çinli uşaqları övladlığa götürmək istəyən xarici hökumətlərə və ailələrə göstərdikləri xoş niyyət, sevgi və xeyirxahlıq üçün təşəkkürümüzü bildiririk”, - Mao Ninqin deyib.

Eyni zamanda Mao bu qərarı izah etməyib, lakin əlavə edib ki, bu qadağa heç bir beynəlxalq konvensiyaya zidd deyil.

QAZİLER.AZ

Diaspora