Durovun Rusiyanın köməyindən niyə imtina etdiyi açıqlanıb

Durovun Rusiyanın köməyindən niyə imtina etdiyi açıqlanıb backend

“Telegram”ın yaradıcısı Pavel Durov Qərb yönümünü nümayiş etdirmək üçün Rusiyanın köməyindən imtina edib.

Qaziler.az bildirir ki, bu fikirləri rusiyalı politoloq İvan Mezyuxo “360.ru” ilə bölüşüb. Onun sözlərinə görə, bu, iş adamına kömək etməyəcək.

“Mən bunun ona kömək edəcəyinə şübhə edirəm. Qərb bu gün qlobal rəqəmsal konsentrasiya düşərgəsi üslubunda informasiya siyasəti qurur. Pavel Durovun bu mənada mövqeyi Qərbin qlobal məqsədlərini həyata keçirməsinə mane olur. Ona təzyiq göstərəcəklər ki, o, daha mülayim olsun”, - Mezyuxo deyib.

O əlavə edib ki, Durovun həbsindən sonra çıxışının tonu Fransa hakimiyyəti ilə qarşıdurmaya getmək istəmədiyini göstərir - üstəlik, bu, onlarla barışmaq istəyindən xəbər verir. Bununla belə, rəsmi Paris zəiflik hiss edir və şifrələmə açarlarını əldə etmək üçün ona təzyiq göstərməyə çalışacaq.

QAZİLER.AZ

Diaspora