“Telegram” istifadəçilərinin böyük əksəriyyətinin cinayətlə heç bir əlaqəsi yoxdur.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu messencerin təsisçisi Pavel Durov yeni yazısında bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər o, “Telegram”da moderasiyanı "tənqiddən tərifə" keçirmək niyyətindədir.
“Telegram istifadəçilərinin 99,999%-nin cinayətlə heç bir əlaqəsi olmadığı halda, qeyri-qanuni fəaliyyətlə məşğul olan 0,001% bütün platforma üçün pis imic yaradır və demək olar ki, bir milyard istifadəçimizin maraqlarını təhlükə altına qoyur”, - deyə tərtibatçı vurğulayıb.
Bundan əlavə, hazırda Fransada ev dustaqlığında olan Durov izah edib ki, “Yaxınlıqdakı insanlar” funksiyası “Telegram”dan heç kim istifadə etmədiyi üçün silinib. Bunun əvəzinə platformaya "Yaxınlıqda Biznes" düyməsi əlavə edilib.
QAZİLER.AZ