Vaşinqton Ukraynaya 250 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında qeyd edilib.
Buraya “RIM-7” zenit raketləri, HIMARS MLRS sursatları, “Stinger” raket sistemləri və “T-4”, “TOW” və “Javelin” raket əleyhinə sistemlər daxildir.
“ABŞ Müdafiə Nazirliyi bu gün Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım elan edib. Yardımının 250 milyon dollar dəyərində olacağı təxmin edilir”, -bəyanatda deyilir.
QAZİLER.AZ