Almaniya polisi İsrailin Münhendəki Baş Konsulluğunda baş verən atışma hadisəsini İsrail diplomatik missiyasına qarşı yönəlmiş terror aktı kimi qiymətləndirir.
Qaziler.az izvestiyaya istinadən bildirir ki, bu barədə "Focus-online" xəbər portalı cümə axşamı, sentyabrın 5-də araşdırma aparan Almaniya şəhərinin polis və prokurorluğuna istinadən məlumat yayıb.
Səhər saatlarında naməlum şəxs konsulluğun yaxınlığındakı polis postuna atəş açıb. Səlahiyyətlilərin məlumatına görə, hücumu tüfənglə silahlanmış 18 yaşlı avstriyalı həyata keçirib. Polis əməkdaşları cavab atəşi açıblar. Xüsusi əməliyyat nəticəsində hücum edən şəxs məhv edilib. Polis əməkdaşlarından xəsarət alan olmayıb.
QAZİLER.AZ