Banqladeş Hindistana nota verdi

Banqladeş Hindistana nota verdi backend

Bu günlərdə  baş verən hadisədən - sərhəddə bir uşağın öldürülməsindən sonra Banqladeş Xarici İşlər Nazirliyi Hindistanın Dəkkədəki diplomatik nümayəndəliyinə etiraz notası verib.

Qaziler.az bildirir ki, etiraz notasında Banqladeşin bu cür qəddar hərəkətlərə kəskin etiraz etdiyi və pisləndiyi bildirilib və hadisədən dərin narahat olduğu vurğulanıb.

Bildirilib ki, bu cür hərəkətlər 1975-ci il tarixli “Sərhəd orqanları üçün Hind-Banqladeş Birgə Təlimatları”nın müddəalarını pozur və Hindistan hökumətini bu cür “çirkin” hərəkətləri təkrarlamamağa, sərhəddə törədilən bütün qətlləri araşdırmağa və ədalət qarşısında cavabdeh olanları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Qəzetin məlumatına görə, sentyabrın 1-də Hindistan sərhədinə yaxın Moulvibazar bölgəsində yaşayan 13 yaşlı oğlan Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələri tərəfindən güllələnib.

Hindistan və Banqladeş təxminən 4100 kilometr məsafə ilə dünyanın ən uzun quru sərhədlərindən birini bölüşürlər.

QAZİLER.AZ

Diaspora