Ukrayna hətta Qərb dövlətlərinin köməyi ilə də Rusiyaya qalib gələ, əraziləri geri qaytara bilməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın “Responsible Statecraft” nəşri yazır.
“İndi heç bir perspektiv yoxdur ki, Qərbin hərbi təchizatı ilə belə, Ukrayna Rusiyanı sarsıdıcı məğlubiyyətə uğrada bilər və itirilmiş ərazilərini güc yolu ilə geri qaytara bilər”, - nəşr yazıb.
Qeyd olunub ki, Ukrayna indi “Ukrayna ordusunun çökməsi” ehtimalı ilə üz-üzədir.
Nəşrin fikrincə, faktlar onu göstərir ki, mümkün danışıqlar üçün hərbi mövqelərini gücləndirən Ukrayna deyil, Rusiyadır.
QAZİLER.AZ