Şimali Koreya ardıcıl ikinci gündür ki, Cənubi Koreyaya doğru zibil balonları buraxır.
Qaziler.az bildirir ki, bu barədə “Yonhap” xəbər agentliyi respublikanın hərbi dairələrinə istinadla xəbər verir. Ölkənin silahlı qüvvələri vətəndaşlara düşən əşyalar barədə məlumat verməyi və onlara yaxınlaşmamağı tövsiyə edib.
Qeyd olunur ki, bir gün əvvəl KXDR havaya içində zibil olan 420-yə yaxın hava şarı buraxıb. Onlardan 20-yə yaxını Seul və onun ətrafında tapılıb. Şarların əksəriyyətində kağız tullantılar və plastik butulkalar olub, lakin heç bir təhlükəli məzmun aşkar edilməyib.
QAZİLER.AZ