Rusiyanın İsrail və Fələstin münaqişəsi ilə bağlı mövqeyi fürsətçi xarakter daşımır, lakin iki dövlət yaratmaq ideyasına əsaslanır.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinin mərkəzində bu məsələ dayanır.
Rusiyanın mövqeyi həmişə əvvəllər qəbul edilmiş və mənim fikrimcə, münaqişənin həllinin əsasını təşkil etməli olan qərarlara əsaslanırdı. Bu, ilk növbədə iki müstəqil dövlətin yaradılmasıdır”, - Putin deyib.
Putinin sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin yeni raundunun mərkəzində iki dövlətin yaradılması məsələsinin həll olunmaması dayanır. Putinin sözlərinə görə, buna baxmayaraq, Rusiya 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı məsələləri həll etməyə çalışır. Dövlət başçısı qeyd edib ki, Moskva müəyyən nəticələr əldə etməyi bacarır.
QAZİLER.AZ