Medvedev “Telegram”a etibar etməməyə çağırıb

Medvedev “Telegram”a etibar etməməyə çağırıb backend

“Vacib rəsmi və ya şəxsi məlumat ani messencerlərə etibar edilməməlidir”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS-a müsahibəsində bildirib.

“Düşünürəm ki, “Telegram” və ya digər ani messencerlərdən istifadə edən hər kəs çox yaxşı başa düşür ki, ümumiyyətlə ora şəxsi məlumatları və ya tamamilə qapalı olması, məxfi saxlanılmalı məlumatları yerləşdirmək olmaz”, - Medvedev açıqlayıb.

Siyasətçi onu da qeyd edib ki, süni intellekt texnologiyası və kvant kompüterlərinin inkişafı sayəsində tezliklə internetdə ümumiyyətlə anonimlik olmayacaq. Onun sözlərinə görə, texnologiya bütün məlumat zəncirini oxuya biləcək.

QAZİLER.AZ

Diaspora