Tailanddan Moskvaya qarışqa dolu bağlamalar göndərildi

Tailanddan Moskvaya qarışqa dolu bağlamalar göndərildi backend

Rusiyanın Federal Gömrük Xidmətinin əməkdaşları Moskvada xaricdən gələn canlı həşəratların olduğu bağlamalar aşkar ediblər.

Qaziler.az bildirir ki, bu barədə “Gazeta.ru” idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, qutularda uşaq oyuncaqları və peçenyelər göndərilməli idi, lakin skan edilərkən qutuların içində başqa şeylərin - minlərlə canlı qarışqanın Rusiyaya xüsusi inkubatorlarda gəldiyi aşkar edilib. Ümumilikdə bağlamada tələ qarışqaları, yem axtaran qarışqalar, tropik dülgər qarışqaları və digər həşərat növləri olan 171 xüsusi möhürlənmiş bağlama olub.

Ekspertizanın yekun baxışından sonra gömrükçülər canlı material olan bağlamaları göndərənə qaytarmaq qərarına gəliblər. Rusiya Gömrük idarəsinin mətbuat xidməti xatırladıb ki, beynəlxalq daşımalarda diri arı, zəli və ipəkqurdunun göndərilməsinə icazə verilsə də, qarışqalar bu siyahıya daxil edilməyib.

QAZİLER.AZ

Diaspora