ABŞ Simonyana qarşı sanksiyalar tətbiq edib

ABŞ Simonyana qarşı sanksiyalar tətbiq edib backend

ABŞ Maliyyə Nazirliyi RT telekanalına, kanalın baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib.

Qaziler.az xəbər verir ki, bu barədə Amerika departamentinin açıqlamasında bildirilib.

Həmçinin RT informasiya xidmətinin rəhbərinin müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da sanksiyalara məruz qalıb.

Açıqlamada həmçinin deyilir ki, Amerika səlahiyyətliləri RT-nin iki əməkdaşını xarici agentlər haqqında qanunu pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib.

QAZİLER.AZ

Diaspora