Amerikanın “USS John S. McCain” esminesinin komandiri Kemeron Yaste sosial şəbəkələrdə tüfənglə atəş açdığı fotonun yayılmasından sonra vəzifəsindən uzaqlaşdırılıb.
Qaziler.az bildirir ki, bu barədə “Newsweek” xəbər verir.
Yastenin şəkli ABŞ Hərbi Dəniz Qüvvələrinin “İnstaqram” səhifəsində dörd ay əvvəl dərc edilib. Lakin geniş tənqid dalğasından və mənfi reaksiyalardan sonra Hərbi Dəniz Qüvvələri sözügedən şəkli silib.
Fotoda komandir esminesin göyərtəsindən tüfənglə atəş açır. ABŞ Hərbi Dəniz Qüvvələri daha sonra Yastenin hazırda Oman körfəzində yerləşən raket esminesinə komandanlıq etmək qabiliyyətinə inamını itirdiyinə görə vəzifəsindən azad edildiyini bildirib.
QAZİLER.AZ