Sənədlərin yaradılması və redaktəsi xidmətini həyata keçirən “Coda” sanksiyalar səbəbindən bundan sonra Rusiya və Belarusda işləməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə şirkətin sosial media meneceri Brayan Kleyn istifadəçilərdən birinin sualını cavablandırarkən bildirib. Onun sözlərinə istinad edən “Diqqət, Xəbər” Telegram kanalının verdiyi məlumata görə, xidmət sentyabrın 12-dən etibarən mövcud olmayacaq.
Qeyd olunur ki, şirkət rəhbərliyi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin bu barədə məlumat internetdə ilk dəfə yayılmayıb. Belə ki, mətn redaktə xidməti “Notion” keçən həftə “Coda”nın ayrıldığını elan etmişdi.
Kanalın məlumatına görə, şirkət abunələri ləğv edəcək və bütün saxlanan məlumatları siləcək. Bundan başqa, rusiyalılar və belarusiyalılar bu ölkələrin İP-si olsa da qeydiyyatdan keçə bilməyəcəklər.
QAZİLER.AZ