ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Rusiya tərəfini noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə hazırlaşmaqda ittiham edir.
Qaziler.az bildirir ki, bu barədə CNN yazır.
Vəziyyətlə tanış olan mənbələr Ağ Evdən ictimai qınaq gözləyirlər.
Telekanalın məlumatına görə, ABŞ sentyabrın 4-də müvafiq bəyanatla çıxış etməyə hazırlaşır. Eyni zamanda, Amerika Ədliyyə Nazirliyi “müdaxiləyə” qarşı tədbirləri elan etmək istəyir.
Moskva ABŞ-da seçki prosesinə müdaxilə cəhdlərində iştirakla bağlı bütün iddiaları dəfələrlə rədd edib. Hələ 2016-cı ildə prezident Vladimir Putin Valday Diskussiya Klubunun iclasında Rusiyanın Amerikadakı prezident seçkilərində təsiri barədə söhbətləri “mifik, uydurulmuş problem” və “isteriya” adlandırıb.
QAZİLER.AZ