“Facebook” sosial şəbəkəsi Ukraynanın şərqindəki separatçı “Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenkonun səhifəsini bağlayıb. İKT.lent.az-ın “RİA Novosti” yə istinadən verdiyi məlumata görə, bu barədə A. Zaxarçenkonun özü bildirib. “Bir qədər əvvəl müəyyən etdim ki, “Facebook”dakı səhifəm qapadılıb. Köməkçilərim aydınlaşdırdılar ki, ukraynalı istifadəçilər tərəfindən mənim səhifəmlə bağlı 2500-dən çox şikayət daxil olub. Guya mənim sözlərim onların şərəf və ləyaqət hissinə toxunub. Bu, təəccüblüdür”, - deyə o, söyləyib.
A. Zaxarçenko “Facebook” administrasiyasının aqressiv reaksiyasına səbəb ola biləcək hər hansı söz işlətmədiyini deyib. O, kiyevlilərin Donetsk xarakterini unutduqlarını vurğulayaraq informasiya müharibəsində qələbə qazanacaqlarını bildirib.