ABŞ ilə Çin arasında gərginliyin artdığı Cənubi Çin dənizində oktyabrın 29-da Yaponiya və ABŞ hərbi dəniz qüvvələrinin (HDQ) birgə təlimləri başlayıb. NHK televiziya kanalının yaydığı məlumata görə, təlimlərdə ABŞ HDQ-nin “Theodore Roosevelt” atom təyyarədaşıyan gəmisi başda olmaqla zərbə qrupu, Yaponiya tərəfdən isə “Aegis” kəşfiyyat və nəzarət çoxməqsədli kompyuter sistemi ilə təchiz edilmiş “Fuyucuki” raket gəmisi iştirak edir.
Təlimlər zamanı hərbi və xilasetmə əməliyyatlarında birgə fəaliyyət elementləri öyrənilir.Təlimlərin Çinin süni şəkildə yaratdığı adaların yerləşdiyi ərazidən xeyli aralıda keçirildiyi bildirilir.