Misir prezidenti sabah Ankaraya gedəcək

Misir prezidenti sabah Ankaraya gedəcək backend

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Ankara 12 ildən sonra Misirdən prezident səfərinə ev sahibliyi edəcək.

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq ilk dəfə Türkiyəyə gələcək. Ərdoğan həmkarını Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Prezidentlər Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcəklər.


İsrailin Qəzzaya hücumu və bölgəyə edilən humanitar yardımlar da səfərin əsas gündəm mövzusu olacaq.

Ərdoğan və Sisi ən qısa zamanda atəşkəsin təmin edilməsi üçün atılacaq birgə addımları qiymətləndirəcək. Regional məsələlərdə daimi sabitlik, sülh və əmin-amanlığın bərqərar olması üçün nələrin edilə biləcəyi müzakirə ediləcək.

QAZİLER.AZ

Diaspora