Pakistanın xüsusilə qərb və cənub bölgələrində təsirli olan musson yağışları nəticəsində 5-i uşaq olmaqla daha 9 nəfər həyatını itirib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Pakistan mətbuatının məlumatına görə, ölkə daxilində həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayı artır.
Müvafiq olaraq, dünəndən etibarən Bəlucistan əyalətində 5 uşaq, Hayber Paxtunxva əyalətində isə daha 4 nəfər ölüb.
Bəlucistan, Xeyber-Paxtunxva, Sind və Pəncab əyalətlərində həddindən artıq yağışla bağlı xəbərdarlıqlar davam edir.
Pakistan Milli Fəlakət İdarəetmə Qurumunun (NDMA) avqustun 31-də verdiyi açıqlamada, ölkə daxilində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində ən azı 20 nəfərin həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, iyulun 1-dən avqustun 31-dək leysan yağışları və daşqınlar nəticəsində 145-i uşaq olmaqla 285 nəfər ölüb, 529 nəfər xəsarət alıb.
Pakistanın bir çox şəhərində hər il iyul-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
QAZİLER.AZ